Domenin yazılışı və xatırlanması asan olmalıdır. Domen adınızı oxunuşu ilə yazılışı eyni olan sözlərdən seçməyə diqqət yetirin. Saytınızın adını səhv yazdıqları üçün istifadəçilərinizin başqa saytlara getməsini istəmirsiniz, elədir?
Domen adını qısa saxlayın. ABCDEFGHG.com kimi bir Domen adı istifadəçilər tərəfindən xatırlanan olmayacaqdır. Bu səbəbdən şirkətinizin məqsədinə uyğun və optimal uzunluqda bir domen adından istifadə edin.
Sayt yarat ma prosesi zamanı domen adını açar sözlərdən seçin. Bu sizin saytınızın axtarış sistemlərindən daha üst cərgələrdə görünməsini asanlaşdıracaq.
Bölgənizi hədəf alın. Lokal bir biznesiniz varsa, domen adınıza ölkə və ya şəhər adını əlavə edərək coğrafi yerinizdən faydalana bilərsiniz.
Nömrələr və tire işarəsi istifadə etməkdən çəkinin. Bu düymələr klaviaturadakı hərflər qədər istifadə olunmur. İnsanların sizi tapmasını çətinləşdirməyin.
Uyğun domen adı sonluqlarının alternativlərini istifadə edin (com, info, travel və s.)
Domen adı alma ərəfəsində sürətli olun. Çünki hər gün yüzlərlə domen adı alınır və hədəflədiyiniz domen adını almaqda gecikə bilərsiniz.



