Xidmətlər | Webcoder

Əlimizdən
nə iş gəlir?

On ildən yuxarı təcrübə

2015 - 2025

Xidmətlər

01.

Veb-sayt hazırlanması

İnkişaf edən texnologiyalar dövründə müştərilərinizin ilk təəssüratı məhz sizin saytınız və veb saytınız vasitəsilə formalaşır. Saytınız sadəcə məlumat mənbəyi deyil, həm də müştərilərinizlə ilk təmas nöqtəsidir. Web Coder olaraq biznesinizin uğuruna dəstək olmaq üçün müasir, funksional və vizual cəhətdən cəlbedici saytlar və veb saytlar hazırlayırıq. Hər bir sayt yüksək performans, təhlükəsizlik və SEO texniki bazası ilə təchiz olunur. Biz sayt hazırlanması zamanı məqsədli auditoriyanı nəzərə alır, hər saytı markanızın imicini gücləndirən və satış gətirən bir veb sayt platformasına çeviririk. Web Coder ilə hazırlanan hər sayt, rəqəmsal dünyada uğura aparan ən güclü sayt həllidir.

sayt hazırlanması, veb sayt hazırlanması, web sayt qiymetleri, veb saytlarin hazirlanmasi
02.

SEO

Saytınızın gözəl olmasından daha vacib olan nüans onun görünən olmasıdır! Web Coder olaraq SEO xidmətlərimizlə veb-saytınızı Google, Yandex və digər axtarış motorlarında 1-ci səhifəyə çıxarmağı vəd edirik. Müasir bazarda SEO ən vacib rəqəmsal marketinq alətlərindən biridir. O olmadan potensial müştərilər sizi görə bilməz. Biz bu problemi ən yüksək səviyyədə həll edirik!

03.

SMM

Rəqəmsal dövrdə uğur üçün saytdan əlavə sosial şəbəkələrdə də mövcud olmaq vacibdir. Sosial Media Marketinqi (SMM) brendinizi tanıtmaq, müştərilərlə əlaqə yaratmaq və satışları artırmaq üçün ən effektiv yoldur. Web Coder komandası olaraq peşəkar SMM xidmətimizlə sizi sosial mediada tanıdır və izləyiciləri aktiv müştərilərə çeviririk.

04.

Brendinq

Yalnız görünmək kifayət etmir, brendiniz yadda qalmalıdır. Web Coder komandası brendinizi gücləndirərək onu müştərilərinizin beynində möhkəm yer edən, rəqiblərinizdən seçilən bir gücə çevirir.

05.

Strategiya

Uğur təsadüf deyil. Güclü bir brendin arxasında hər zaman düşünülmüş və analitik yanaşma ilə hazırlanmış strateji plan dayanır. Web Coder komandası olaraq sizə yalnız bu günü deyil, sabahı da nəzərə alan kompleks marketinq və inkişaf strategiyası hazırlayırıq.

06.

Rəqəmsal marketinq

Müasir dövrdə uğurlu biznesin təməli onlayn görünürlük və düzgün auditoriyaya vaxtında çatmaqdır. Web Coder olaraq sizi internetin sonsuz imkanları ilə tanış edirik və markanızı rəqəmsal mühitdə parlaq şəkildə tanıdırıq.

07.

360 dərəcə marketinq

Uğurlu biznesin əsasını yalnız məhsul və ya xidmət deyil, həm də müştərilərlə hər kanalda qurulan effektiv əlaqə təşkil edir. Web Coder olaraq sizə tam 360 dərəcə marketinq xidməti təqdim edirik; brendinizi rəqəmsal və ənənəvi kanallarda gücləndirərək bazarda əvəzolunmaz mövqe qazandırırıq!

08.

Mobil tətbiq hazırlanması

Müasir dövrdə biznesinizin müştərilərlə əlaqəsini gücləndirmək və xidmətlərinizi daha əlçatan etmək üçün mobil tətbiqlər vacibdir. Web Coder komandası sizin ideyanızı funksional və istifadəçi dostu mobil tətbiqə çevirərək rəqəmsal dünyada möhkəm addımlarla irəliləməyinizə dəstək olur.

09.

SEM

İnternetdə hər gün milyonlarla axtarış həyata keçirilir və hər klik bir fürsətdir. Web Coder komandası olaraq sizə bu fürsətləri qazanca çevirmək imkanı yaradırıq! SEM xidməti ilə məhsul və xidmətlərinizi Google kimi axtarış motorlarında daha çox görünən, kliklənən və dönüşüm yaradan formaya gətiririk.

10.

Dizayn

Brendiniz haqqında ilkin təəssürat yaradan ən vacib məqamlardan biri də onun dizaynıdır. Peşəkar dizayn müştərilərinizdə inam yaradır, brendinizi yaddaqalan edir və satışlarınızı artırır. Web Coder komandası fərqli və yaradıcı dizayn həlləri ilə markanızın vizual tərəfini təkmilləşdirir, auditoriyanızla daha güclü əlaqə qurmağınıza kömək edir.

11.

Kontent marketinq

Məzmun sadəcə yazı deyil, brendinizin səsi, şəxsiyyəti və dəyəridir. Rəqəmsal dünyada insanlar artıq sadəcə məhsul deyil, dəyərli məlumat, həll yolları və güvən axtarır. Web Coder olaraq biz məhz bu ehtiyaclara cavab verən strateji kontentlər hazırlayırıq.

12.

Video marketinq

Bir şəkil min sözə bərabərdirsə, bir video min duyğuya toxuna bilər. Bugünkü rəqəmsal dünyada istifadəçilər mətn oxumaqdansa, izləməyi üstün tutur. Məhz buna görə video marketinq brendinizin mesajını daha tez, daha emosional və daha effektiv şəkildə çatdırmaq üçün əvəzolunmaz alətdir.

13.

Growth Hacking

Startaplar və rəqəmsal bizneslər üçün ən önəmli sual budur: "Necə daha sürətli böyüyə bilərəm?". Cavab bəllidir: Ənənəvi metodlarla yox, ağıllı, analitik və kreativ yanaşmalarla. Məhz bu nöqtədə Growth Hacking anlayışı işə düşür.

digital team
medeniyyet
mimelon
israfly
aysberq
regulator
Biz necə işləyirik?

Bizim
layihə yaratma metodumuz

01

Strateji anlayış

Sizin biznes məqsədlərinizi dərindən analiz edir və layihənin əsasını qoyuruq.

02

Dərin araşdırma

Bazar və istifadəçi təhlili ilə rəqiblərdən fərqlənən həllər təklif edirik.

03

İnnovativ dizayn və texnologiya

Yaradıcı ideyaları qabaqcıl texnologiyalarla birləşdirərək mükəmməl istifadəçi təcrübəsi yaradırıq.

04

Effektiv icra və dəstək

Layihəni yüksək keyfiyyətlə həyata keçirib, davamlı texniki və strateji dəstəklə uğurunuzu təmin edirik.