Tez-tez Verilən Suallar | Webcoder

Tez-tez verilən suallar

On nəfərdən birinə maraqlıdır ki,...

Sualınız yenə də cavabsız qaldısa, bizimlə əlaqə saxlayın, məsələyə aydınlıq gətirək!

Rəqəmsal marketinq strategiyası brendin məqsədləri, hədəf auditoriyası və bazar təhlili əsasında hazırlanır. SEO, SEM, sosial media, e-poçt və kontent marketinqi kimi kanallar inteqrasiya olunur və KPI-lər müəyyənləşdirilir.

SEO uzunmüddətli nəticələr üçün uyğundur və orqanik trafik yaradır. SEM isə sürətli nəticələr, kampaniya dəstəyi və təcili görünürlük üçün idealdır. Brendin hədəflərinə əsasən hər iki yanaşma paralel şəkildə də tətbiq oluna bilər.

Sosial media strategiyası hədəf kütlənin maraqları, platforma seçimi (Instagram, TikTok, LinkedIn və s.), kontent növləri və paylaşım taktikaları əsasında formalaşdırılır. Məqsəd izləyici artımı, əlaqə və geridönüş yaratmaqdır.

Bu "conversion rate" adlanır və onu artırmaq üçün sürətli yüklənən mobil uyğun sayt, cəlbedici CTA-lar (Call to Action), istifadəçi dostu dizayn və A/B testlər tətbiq edilir. Analitika ilə nəticələr daimi izlənir və optimallaşdırılır.

Yaxşı UI/UX dizayn istifadəçinin saytda rahat hərəkətini təmin edir, səhifədə qalma müddətini artırır və dönüşümlərə (satış, qeydiyyat və s.) səbəb olur. Bu da birbaşa satış və müştəri məmnuniyyətinə təsir edir.

Bazar araşdırması, davranış analitikası və mövcud müştəri məlumatlarının təhlili ilə ideal müştəri profili yaradılır. Bu, reklam və kontent strategiyasının daha dəqiq hədəflənməsinə imkan verir.

Kontent marketinqinin effektivliyi trafikin artımı, SEO reytinqi, sosial paylaşım sayları, klik nisbətləri və geridönüş dərəcələri ilə ölçülür. UTM kodları və Google Analytics vasitəsilə ROI izlənə bilər.

360 dərəcə yanaşma brendi həm onlayn, həm də oflayn bütün kanallarda inteqrasiya olunmuş şəkildə təqdim edir. Bu, auditoriya ilə hər toxunma nöqtəsində ardıcıl və güclü təəssürat yaradır.

Video kontent məhsul təqdimatı, müştəri rəyi, brend imici və how-to məzmunlar üçün effektivdir. Xüsusilə e-ticarət, xidmət sektoru və startaplar üçün yüksək geridönüş imkanları yaradır.

Web Coder komandası strategiya, dizayn, texnologiya və analiz mərhələlərini bir yerdə təqdim edir. Hər müştəriyə fərdi yanaşırıq, nəticə əsaslı işləyirik və hər prosesi şəffaf şəkildə təqdim edirik.